Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qaqauziyanın həbsdə olan rəhbəri Yevgeniya Qutsulun tərəfdarları Kişinyovdakı istintaq təcridxanası qarşısında növbəti dəfə etiraz aksiyası keçirərək onun və müxalifət partiyası “Qələbə” blokunun fəalı Svetlana Popanın, həmçinin polisin axtarışlarından sonra bu həftə saxlanılan fəallar İrina və İliya Volçukun azadlığa buraxılmasını tələb ediblər.
Tezadlar.az bildirir ki, TASS-ın verdiyi məlumata görə, nümayişçilər istintaq təcridxanasının ətrafına toplaşıb və “Qutsula azadlıq” şüarı səsləndirməklə yanaşı, prezident Maia Sandu və hakim Fəaliyyət və Həmrəylik Partiyasını istefaya çağırırlar. Onlar özləri ilə “Yevgeniya, Svetlana, İrina, İliya, biz buradayıq!”, “Həmkarlarımız azadlığa çıxana qədər burada olacağıq!”, “Uşaqlara analarını qaytarın!” plakatlarını gətiriblər. Bundan əvvəl həbsxana rəhbərliyi Moldova parlamenti üzvlərinə Qutsulun kamerada saxlanma şəraitini yoxlamaq hüququndan məhrum edib ki, bu da onun tərəfdarlarının narahatlığına səbəb olub.
“Hər kəs çox gözəl başa düşür ki, Qutsul qanunsuz həbsdədir! Bu siyasi qanunsuzluqda iştirak edənlər buna görə cavab verəcəklər. Bu vəziyyətdə ən müdafiəsiz olan Qutsulun övladları idi, kimlərinsə şıltaqlığı ilə!” – Moldova parlamentinin deputatı Aleksandr Suxodolski etiraz aksiyasında bildirib.
Siyasətçinin vəkili Nataliya Bayram bildirib ki, o, Qutsulun həbsi ilə bağlı qərardan məhkəmə başa çatmamış apellyasiya şikayəti verib. Vəkilin sözlərinə görə, hakim bir sıra prosessual pozuntulara və sui-istifadələrə yol verib.
E.ŞİRİNOV