12 Avqust 2025 / 13:55

“Presight ilə əməkdaşlığın gücləndirilməsində RİNN-in atdığı addımlar faydalıdır və təqdirəlayiqdir”

“Son bir ildə üç nazirimizin Presight rəhbərliyi ilə görüşü olub”

***
Ötən həftə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Ərəb Əmirliklərində maraqlı və diqqət cəlb edən görüşlər keçirib.
Açıqlanan məlumatlardan görünür ki, bu ölkənin müxtəlif dövlət və özəl qurumlarının rəhbərləri ilə keçirilən görüşlərdə telekommunikasiya, süni intellekt, kibertəhlükəsizlik və innovasiyalar sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Daha çox diqqətimi cəlb edən isə nazir Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Əbu-Dabidə süni intellekt və texnologiyalar sahəsində dünyanın tanınmış şirkəti olan Presight rəhbərlərilə görüş oldu.
Tezadlar.az xəbər verir ki,  bunu  Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.
 O diqqətə çatdırıb ki, görüşdə İRİA sədri Fərid Osmanov və RİNN-in Aİ Lab qurumunun rəhbəri Tuncay Bağırov, Azercell-in Data və AI direktoru Sabir Mərdanov, Presight –ın Azərbaycan üzrə meneceri Ruslan Əliyev də iştirak ediblər.
“Görüşdə Azərbaycanın Böyük Dil Modelinin (LLM) inkişafı, Presight ilə RİNN nəzarətində olan qurumların süni intellekt sahəsində daha ciddi əməkdaşlıq perspektivləri müzakirə edilib.
Düşünürəm ki, qlobal Aİ şirkət olan Presight (G42) ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində RİNN tərəfindən atılan addımlar faydalıdır və təqdirəlayiqdir. Yeri gəlmişkən, artıq son bir ildə Presight şirkətinin rəhbərliyi ilə üç nazirimizin görüşü olub.
Maraqlıdır ki, RİNN ötən həftə baş tutan bütün görüşlər haqqında qısa açıqlamalar versə də, bu görüşlə bağlı açıqlama verməyib”, – deyə Osman Gündüz qeyd edib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!