Əsas məzmuna keç

Elan saytlarında aldatmağa nail oldu, amma…

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən 28 yaşlı Orxan Hüseynov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan tezadlar.az- a bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.

Demək, o, alıb- aldatmaq istədi, amma özü özünün yol verdiyi bəd əməlinin qurbanı oldu…

Elşad

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…