Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Özbək kriminal lideri Salim Abduvaliyev (Salimbay-boyvaçça) azadlığa buraxılıb.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ildə 6 il həbs cəzasına məhkum edilən Abduvaliyev cəmi 10 ay sonra səhhəti ilə bağlı azad edilib.
O, ötən ilin oktyabrında Qırğızıstanda təxminən on nəfər tanınmış şəxs onunla cinayət əlaqəsində şübhəli bilinərək istintaqa cəlb olunmuşdu. Xüsusi xidmət orqanları Abduvaliyevi Qırğızıstanın kriminal lideri Kamçı Asanbekin (Kolbayev) dəstəsini maliyyələşdirməkdə ittiham edirdi.
Asanbek 2023-cü ilin oktyabrında Bişkekdə keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilmişdi.

Qeyd edək ki, o, məşhur yurmalılı iş adamı Qriqori Luchanski (Luçik) ilə yaxın dost hesab olunur. Hər iki şəxs vaxtilə müğənni Qriqori Lepsin sponsorları kimi tanınıb.