Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan diasporunun lideri, Voronejdə ən böyük bazarın sahibi Yusif Xəlilov həbs edilib.
“Tezadlar.az” xəbər verir ki, təhlükəsizlik qüvvələri onu bu ilin martında oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl verməkdə ittiham edir.
İddiaya görə, iş adamı məbləğin bir hissəsini vasitəçi, digər hissəsini, 100 min rubl vəsaiti isə kart vasitəsilə köçürüb.
Yusif Xəlilov ona irəli sürülmüş ittihamla razılaşmayaraq ifadə verməkdən imtina edib.
Diaspor lideri həbs olunub və onu rüşvətxorluq ittihamı ilə 7 ildən 12 ilə qədər həbs gözləyir.
Y. Xəlilovun deportasiya edilməsi də ittiham aktına əlavə olunub.