Əsas məzmuna keç

Voronej azərbaycanlı diaspor lideri Yusif Xəlilov həbs olundu

Azərbaycan diasporunun lideri, Voronejdə ən böyük bazarın sahibi Yusif Xəlilov həbs edilib.

“Tezadlar.az” xəbər verir ki, təhlükəsizlik qüvvələri onu bu ilin martında oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl verməkdə ittiham edir.

İddiaya görə, iş adamı məbləğin bir hissəsini vasitəçi, digər hissəsini, 100 min rubl vəsaiti isə kart vasitəsilə köçürüb.

Yusif Xəlilov ona irəli sürülmüş ittihamla razılaşmayaraq  ifadə verməkdən imtina edib.

Diaspor lideri həbs olunub və onu rüşvətxorluq ittihamı ilə 7 ildən 12 ilə qədər həbs gözləyir.

Y. Xəlilovun deportasiya edilməsi də ittiham aktına əlavə olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…