Əsas məzmuna keç

Ailə münaqişəsi qanla bitdi: qadın qeyri-rəsmi ərini öldürdü

Avqustun 19-da saat 02 radələrində paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

“Tezadlar”ın məlumatına görə, araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətində olduğu qadın tərəfindən qətlə yetirildiyinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…