Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ailəsi ilə problemlər yaşayan və məhkəməyə qədər gedib çıxan Özcan Deniz, həyat yoldaşı Samar Dadgarın ad gününü sosial şəbəkə hesabında romantik bir paylaşımla təbrik etdi.
Tezadlar.az xəbər verir ki, məşhur müğənni Özcan Deniz, qardaşı Ercan Deniz və bacısı Yurda Güler ilə yaşadığı problemlərlə gündəmdə qalmağa davam edir. Deniz, baş verən gərginlikdən sonra sosial mediada etdiyi paylaşımlarla diqqət mərkəzinə düşmüşdü.
53 yaşlı müğənni və aktyor Özcan Deniz, eyni zamanda menecerliyini də edən qardaşı Ercan Deniz ilə müəyyən problemlər yaşamışdı. Arvadı ailəsi tərəfindən istənməyən gəlin elan edilən Samar Dadgar, qayınanası Kadriye Denizdən zorakılıq gördüyünü iddia edib.
Bir müddətdir qardaşı Ercan Deniz ilə arası pozulan Özcan Deniz, son paylaşımları ilə çox danışıldı. Məşhur müğənni artıq yeganə ailəsinin oğlu Kuzey və həyat yoldaşı Samar Dadgar olduğunu deyib.
