Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiya bölgələri üzərində Ukraynaya məxsus 42 pilotsuz uçan aparatı məhv edərək ələ keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Avqustun 20-nə keçən gecə hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 42 pilotsuz təyyarə tipli uçuş aparatını ələ keçirib və məhv edib: 14-ü Voronej vilayəti, 8-i Tambov vilayəti, 7-si Kursk vilayəti, 5-i Rostov vilayəti, Bryansk, Oryol və Smolensk vilayətlərinin hər biri üzərində 2, Krasnodar vilayəti və Lipetsk vilayəti əraziləri üzərində hər biri 1”, – hərbi idarədən bildiriblər.
E.ŞİRİNOV