20 Avqust 2025 / 12:50

Saakaşvilinin 2008-ci il seçkilərindəki rəqibi vəfat edib

Gürcüstan parlamentinin beşinci və altıncı çağırış deputatı Levan Qaçeçiladze uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan İctimai Yayımının Birinci Kanalı siyasətçinin qohumları və dostlarına istinadən məlumat yayıb.

Qaçeçiladze xeyli vaxt idi xəstə yatırdı. O, Türkiyədə müalicə alırdı, amma nəticəsi olmadı. Onun 61 yaşı var idi.

Qaçeçiladze siyasi karyerasına 1999-cu ildə beşinci çağırış Gürcüstan parlamentinin deputatı olmaqla başlayıb. O, keçmiş prezident Eduard Şevardnadzenin yaratdığı “Gürcüstan Vətəndaşları İttifaqı” hakim partiyasının partiya siyahısı ilə parlamentə daxil olub.

2004-cü ildə Qaçeçiladze yenidən parlamentə seçilib, lakin bu dəfə Tbilisinin Vake seçki dairəsindən majoritar deputat seçilib. O, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və onun hökumətinin qatı əleyhdarlarından biri olub. 2008-ci ildə Qaçeçiladze Gürcüstan prezidentliyinə namizəd və Saakaşvilinin əsas rəqibi olub. Prezident seçkilərində o, 25,7% səs toplayıb və ikinci yeri tutub.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!