Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avqustun 21-nə keçən gecə ruslar Lvov şəhərinə raketlər və “Şahed”lərlə hücum edib. İlkin məlumata görə, zərbələr nəticəsində insanlar xəsarət alıb.
Tezadlar.az bildirir ki, bu barədə mer Andrey Sadovıy Telegram kanalında məlumat verib.
“Lvovda səs-küylü gecə. Düşmən “Şahed”lər və raketlərlə birgə hücum həyata keçirib. Yenə də bir ay əvvəl olduğu kimi, Olena Stepanovna küçəsinə hücum edilib. İlkin məlumata görə, itkilər var”, – mer deyib.
Onun sözlərinə görə, partlayış dalğası onlarla evin damına və pəncərələrinə ziyan vurub. O qeyd edib ki, bütün xilasedici xidmətlər yerində işləyir.
“Başqa yerlərdə də yanğınlar barədə məlumat var! Yoxlayırıq! Fövqəladə komissiya hazırlayırıq”, – Sadovıy əlavə edib.
Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitskinin sözlərinə görə, Lvovda PUA və qanadlı raketlərin birgə zərbəsi nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb.
“Onlarla yaşayış binasına ziyan dəyib. Yerdə bütün müvafiq xidmətlər işləyir”, – o əlavə edib.
E.ŞİRİNOV