Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Sevda Nofel qızı Zeynalovaya məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və texnoloji ardıcıllıq prinsipinin pozulduğu müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub.

Araşdırmalar davam etdirilir.
RÖVŞANƏ