Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsinin İstanbulda baş tutub-tutmayacağını hələ bilmir.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Bizim prosesin davam edib-etməyəcəyi ilə bağlı hələlik konkret məlumatımız yoxdur”, – agentliyin mənbəsi bildirib. Mənbə vurğulayıb ki, görüşün tarixini və yerini Moskva və Kiyev özləri seçirlər.
Bundan əvvəl Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa danışıqların aparılması şərtlərini sadalamışdı. Onun sözlərinə görə, Vladimir Zelenski ərazi məsələlərini yalnız hazırkı cəbhə xətti formatında və eksklüziv olaraq Rusiya lideri Vladimir Putinlə görüşdə müzakirə etməyə hazırdır.
E.ŞİRİNOV