25 Avqust 2025 / 09:14

Yeni ölkələr ŞƏT-ə qoşula bilər – səfiri Çjan Xanhui

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) yeni ölkələr üzv ola bilər.

Tezadlar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Çinin Moskvadakı səfiri Çjan Xanhui deyib.

Diplomat qeyd edib ki, hazırda daha çox ölkə ŞƏT-ə üzv olmaq və ya onunla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu bildirir.

Bu, təşkilat konsepsiyasının dərindən dərk edilməsini və onun inkişafına inamı tam təsdiqləyir. Səfir vurğulamışdır ki, ŞƏT-in genişlənməsi təşkilatın ümumi gücünü və regional təsirini gücləndirsə də, bu, heç vaxt onun hədəfi olmayıb, inkişafın təbii nəticəsidir. Çjan Xanhuinin sözlərinə görə, təşkilatın qapıları həmişə yeni üzvlər üçün açıqdır, ona görə də təşkilat gələcəkdə mütləq genişlənəcək.

Avqustun 22-də Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Tyantszin şəhərində keçiriləcək sammitində 20-dən çox xarici dövlətin başçısı, o cümlədən 10 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak edəcəyi bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!