25 Avqust 2025 / 10:15

Bakıda tıxac və “Sədərək”də hələ də tüstülənən yanğın səbəbindən havanın çirkliliyi narahatlıq doğurur

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır. Milli Hidrometeorologiya Xidmətindən tezadlar.az-a verilən məlumatda bildirilir ki, bu narahatlıq doğurur. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva isə qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub. Sitat: “Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.

Bakıda tıxac və “Sədərək”də hələ də tüstülənən yanğın səbəbindən də havanın çirkliliyi narahatlıq doğuran haldır. Bu, xüsusən də küləksiz havalarda özünü daha sərt göstərir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!