25 Avqust 2025 / 16:01

Kirkorova Puqaçovanın mahnısını ifa etdikdən sonra Rusiyanı tərk etmək təklif olunub

Müğənni Vika Tsıqanova Rusiyanın xalq artisti Filipp Kirkorovun Kazanda keçirilən “Yeni dalğa” müsabiqəsində Alla Puqaçovanın mahnısını kulisdə ifa etməsinə münasibət bildirib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə öz Telegram kanalında yazıb.

Sənətçi Kirkorovun “nəhayət Rusiyanı tərk etməli” və hazırda xaricdə yaşayan “dostlarının yanına” təqaüdə getməli olduğunu söyləyib.

Tsıqanova da müsabiqənin təşkilindən qəzəblənib. “Bu il gənc ifaçıların müsabiqəsi pis zövqün bayramına və “vurulan pilotlar” üçün camaşırxanaya çevrildi”, – o yazıb.

Bundan əvvəl Filipp Kirkorovdan xoş xatirələri yada salan mahnı oxumasını xahiş ediblər. Sənətçi bunun üçün Puqaçovanın “Bir milyon qırmızı qızılgül” mahnısını oxumağa başlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!