Fotodakı şəkil Türkiyənin “İstiqlal Marşı”nın müəllifi Mehmet Akif Ersoydur…
Yox, mən demirəm, onun cırıq ayaqqabılarına diqqət edəsiz. Çünki adətən belə deyirlər ki, “düşmən ayağa baxar, dost başa baxar”.
O vaxt Türkiyədə Dövlət himni ilə lə bağlı müsabiqə elan edilir.
Mehmet Akif Ersoyun maddi cəhətdən çox sıxıntılı vaxtları imiş. Həm də şairin Türkiyədə hədsiz çox adama borcu var imiş.
“İstiklal Marşı”na (Türkiyənin Dövlət Himni) görə hökumət tərəfindən ona böyük məbləğdə pul mükafatı ayrılır. Amma şair bundan imtina edir.
Günlərin birində İstanbulda şairin borclu olduğu şəxslərdən biri bu xəbəri eşidib Mehmet bəyin evinə gələrək şairdən borcunu tələb edir. Mehmet bəy qısa bir zamanda pul olan kimi borcu geri qaytaracağına söz verir.
Həmin şəxs şairə çox əsəbi halda dövlət tərəfindən verilən pul mükafatını niyə almadığını soruşanda böyük şair indiyə qədər Türkiyədə məşhur olan bu cavabı verir: “Ya arkadaş, unutma, sana Mehmet Akif’in borcu var, Türk halkının yok! Bunun şerefi bana yeter, bunun için para alamam”.
Türkiyə belə qurulub. Biz isə hələ də himnin müəllifi davasını edirik…
Baba ALLAHNƏZƏROV