26 Avqust 2025 / 20:34

Laçında ardıcıl bərpa işləri 2030-cu ilə qədər davam edəcək

Laçında bərpa işləri ardıcıl olaraq Dövlət Proqramı əsasında davam edir.

“Tezadlar”ın Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu fikirləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Laçın şəhərinin bərpasının birinci mərhələsi başa çatıb.

“2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlayırıq. Buna uyğun olaraq, Laçın rayonu ərazisində 20-dən çox yeni məntəqənin tikintisi nəzərdə tutulur”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!