27 Avqust 2025 / 12:12

Fahişəliyi təbliğ edən 12 nəfər tutuldu- VİDEO

Sosial platformalar maariflənməyə, savadlılığa və məlumatlılığa xidmətdən daha çox bəzən zərərli vərdişlərin, yaxud qanunsuz əməllərin təbliğat meydanına çevrilir. “Təzadlar”ın Araşdırma Qrupunun apardığı müşahidələr də təsdiqləyir ki, Azərbaycanda daha çox TikTok, FB  sosial platformalarında fahişəliyi təbliğ edən yetərincə insanlar var. Aşkar şəkildə cəmiyyətə, xüsusən də yeniyetmələrə, uşaqlara bu mənfi halları aşılayanların polis orqanları tərəfindən aşkarlanaraq cəzalandırılması da ortadadır. Lakin təəssüflər olsun, ictimai qınaq da bu vacib məsələdə lazımi rolunu oynamır…

Gürcüstan Daxili İşlər Nazirliyində isə fahişəliyin təşviqi və bu məqsədlə yer ayırmaq ittihamı ilə 12 nəfəri saxlayıb.Tezadlar.az ölkə mediasına istinadla bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin rəsmisi Tornike Marsagişvili keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, saxlanılan şəxslər arasında həm Gürcüstan, həm də Çin vətəndaşları var. Saxlanmalar Tbilisi və Sameqrelo bölgəsində məhkəmə qərarı əsasında həyata keçirilən kompleks istintaq tədbirləri nəticəsində baş verib. İstintaq çərçivəsində hüquq-mühafizə orqanları 13 obyektin fəaliyyətini dayandırıb.

Qeyd olunur ki, həmin obyektlərin menecerləri və administratorları fahişəliklə məşğul olan qadınlara sistematik şəkildə yardım göstəriblər. Onlar qadınlara müəyyən məbləğ qarşılığında obyektlərdə yer təqdim edib, bəzən isə müştəri tapmaqda da vasitəçilik ediblər. Məlumata əsasən, qadınlar göstərdikləri cinsi xidmətlərdən əldə etdikləri gəlirin bir hissəsini administratorlara veriblər. Hüquq-mühafizə orqanlarının apardığı axtarışlar zamanı, ehtimal olunan qanunsuz gəlir vəsaitləri maddi sübut kimi götürülüb. Qeyd olunan əməllər Cinayət Məcəlləsinin 254-cü maddəsi — fahişəliyin təşviqi və fahişəlik üçün yer ayırma — ilə qiymətləndirilir. Təqsirləndirilən şəxsləri 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Aşağıda həmin real faktlar əsasında hazırlanmış videokadrları da təqdim edirik:

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!