Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Araşdırmalara əsasən üzümün sağlamlığa çoxsaylı faydaları var.
Tezadlar.az bildirir ki, mütəxəssislərin sözlərinə görə, üzüm qan təzyiqinin tənzimlənməsinə, yuxunun yaxşılaşmasına, immunitetin möhkəmlənməsinə və hətta çəkinin normada saxlanmasına kömək edir.
1600-dən çox faydalı birləşmə
Araşdırmanın müəllifi Con Pettsuto bildirib ki, üzümün tərkibində 1600-dən artıq faydalı birləşmə mövcuddur. Onların arasında ictimaiyyətə tanış olan resveratrol və kversetinlə yanaşı, flavonoidlər, katexinlər və stilbenlər də var.
Klivlend klinikasının dietoloqu Culiya Zumpano qeyd edib ki, üzümdəki antioksidantlar hüceyrələri zədələnmədən və oksidləşdirici stressdən qoruyur: “Bu güclü maddələr beynimizi, ürəyimizi və hüceyrələrimizi müdafiə edir”, – mütəxəssis vurğulayıb.
Zumpano bildirib ki, üzüm liflə zəngindir. Bu, qan şəkərinə, iştaha və çəkiyə nəzarət etməyə imkan verir, eyni zamanda bağırsaq mikrobiomunu dəstəkləyir.
Üzümdəki kalium qan təzyiqinə müsbət təsir göstərir. Onun natrium miqdarı isə çox aşağıdır ki, bu da sağlam göstəricilərin qorunmasına kömək edir.
Mütəxəssis əlavə edib ki, üzümdə melatonin var və bu, sakit yuxunu təmin edir. C vitamini immun sistemi gücləndirir. Bundan başqa, üzümün tərkibindəki K vitamini, kalsium, maqnezium və kalium sümüklərin möhkəmlənməsinə xidmət edir.
Araşdırmaya görə, üzümün faydaları gündəlik 1–3 porsiya qəbul edildikdə özünü göstərir. Bir porsiya təxminən 126 qram və ya üçdə dörd stəkan üzümə bərabərdir.