28 Avqust 2025 / 13:41

Rusiya Ukraynaya məxsus Su-27 təyyarəsini vurub

Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə Ukrayna Silahlı Qüvvələrinin Su-27 təyyarəsini, iki HIMARS MLRS mərmisini və 192 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini, iki idarə olunan aviabombanı, ABŞ istehsalı olan iki HIMARS reaktiv yaylım atəşi raketini və 192 təyyarə tipli pilotsuz uçuş aparatını vurub”, – hesabatda deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!