28 Avqust 2025 / 19:26

Rəhmon və Nurtleu Mərkəzi Asiyanın inkişafı üçün müqavilə imzaladı

Tacikistan və Qazaxıstan XXI əsrdə Mərkəzi Asiyanın inkişafı məqsədilə dostluq, mehriban qonşuluq və əməkdaşlıq müqaviləsi imzalayıblar.

Bu barədə “Tezadlar” Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Sənədi Tacikistan Prezidenti Emoməli Rəhmon və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu imzalayıblar.

Tacikistana səfəri çərçivəsində Murat Nurtleu bu ölkənin Prezidenti Emoməli Rəhmonla görüşüb.

İki ölkə arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlıq məsələləri, həmçinin parlamentlərarası dialoqun inkişaf perspektivləri nəzərdən keçirilib. Bundan əlavə, MDB sammitinə və Düşənbədə keçiriləcək “Mərkəzi Asiya – Rusiya” formatında görüşə hazırlıq müzakirə edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!