29 Avqust 2025 / 11:13

“OBA” bu sahələr üzrə mütəxəssislər axtarır – son tarix 28 sentyabr

“OBA” marketlər şəbəkəsi boş vakansiyalar üzrə işçi axtarır.

PL və Tədarükçü Dəyərləndirməsi üzrə Aparıcı Mütəxəssis

Son tarix 28 sen 2025 – Müraciət et

Təsvir

  • Təsdiq edilmiş plan üzrə tədarükçülərin dəyərləndirilməsini həyata keçirmək və nəticələr əsasında hesabatlar hazırlamaq;
  • Fəaliyyətlə bağlı birbaşa rəhbərə mütəmadi hesabat təqdim etmək və lazım olduqda digər struktur bölmələrlə paylaşmaq;
  • Şəxsi marka məhsullarına dair spesifikasiyaları tədarükçülərdən almaq, araşdırmaq və uyğunluğunu yoxlamaq;
  • Şəxsi marka tədarükçüləri üçün keyfiyyət və təhlükəsizlik tələblərinin hazırlanmasında iştirak etmək;
  • Tədarükçü müəssisələrin istehsal sahələrində sanitar-gigiyenik normalara riayət olunmasını yoxlamaq;
  • Məhsulların istehsalı, saxlanması və qablaşdırılmasının qida təhlükəsizliyi standartlarına uyğunluğunu qiymətləndirmək;
  • Şəxsi marka məhsullarına dair müştəri şikayətlərini araşdırmaq və müvafiq tədbirlər barədə hesabat hazırlamaq;
  • İstehsal və idxal olunan məhsulların çəki, raf ömrü, qablaşdırma və digər keyfiyyət parametrlərinin standartlara uyğunluğunu yoxlamaq, uyğunsuzluqları sənədləşdirmək;
  • Tədarükçü müəssisələrdə istehsal prosesində kritik nəzarət nöqtələrinin (CCP) izlənməsini və nəzarətini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (Qida mühəndisliyi, Texnologiya, Keyfiyyətə Nəzarət, Kimya və ya müvafiq sahələr üzrə);
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (retail/FMCG və ya istehsalat sahəsində təcrübə üstünlükdür);
  • Qida təhlükəsizliyi standartları üzrə biliklər (ISO 9001, ISO 22000, HACCP);
  • Audit və ya yoxlama proseslərinin aparılmasında təcrübə;
  • Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə yaxşı səviyyədə biliklər;
  • Analitik düşüncə, diqqətlilik və hesabat hazırlama bacarığı

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

İmtiyazlar

  • Yanacaq və Amortizasiya xərcləri
  • Nahar təminatı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Daşınmaz əmlak mütəxəssisi

Son tarix 28 sen 2025 Müraciət et

Təsvir

  • Bölgüyə uyğun ərazilər üzrə “OBA Market” MMC-nin müvafiq konsepsiyasına uyğun daşınmaz əmlak obyektlərinin tapılmaq;
  • Obyektlərin sahibləri ilə kommunikasiyanın təşkili, obyektin satış və ya icarə subyekti olmasının dəqiqləşdirmək;
  • Sahibkardan xərci tutulmaqla “OBA Market” MMC tərəfindən təmir-tikinti işləri aparılması, texniki şərt alınması zamanı çəkilən xərcin sonradan sahibkardan tutulması üçün müqavilə əlavəsinin yaxud aktın imzalanmasının təmin etmək;
  • Bağlanış mağazaları ilə bağlı sahibkar ilə bütün danışıqların aparmaq
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra etmək

Tələblər

  • Təhsil – Ali
  • Müvafiq və yaxud oxşar sahədə min. 1 il iş təcrübəsi;
  • Şəhər və şəhər ətrafı əraziləri yaxşı tanımalı;
  • Ezamiyyə səfərlərinə hazır olmalı;
  •  Şəxsi avtomobilin olması üstünlük ;

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1-2 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr

İmtiyazlar

  • Korporativ nömrə
  • Yanacaq dəstəyi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

 

Sayıcı hesablayıcı

Son tarix 28 sen 2025 – Müraciət et

Təsvir

  • Marketlərdə olan əsas vəsaitlərin və ticari malların terminallar vasitəsi ilə sayım işinin həyata keçirilməsi;

İş qrafiki:

  • 5 gün Dəyişkən (Axşam və gecə saatları-marketlər bağlandıqdan sonra malların sayımı aparılır)
  • Şənbə və Bazar günü istirahət günləri

Tələblər

  • Təhsil: Orta ixtisas, Ali
  • Təcrübə: 1 il (Satış sahəsində təcrübə üstünlükdür)
  • Ezamiyyətlərə uyğun olmaq
  • Riyazi biliklər
  • Bəy Namizədlər
  • Kollektivlə işləmək bacarığı, məsuliyyətli, dürüst

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

İmtiyazlar

  • korporativ nömrə ilə təmin olunur
  • yemək xərci

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!