29 Avqust 2025 / 11:48

Səs-küylü texnikaları ilə sakinlərin yuxusunu ərşə çəkən daha bir tikinti şirkətindən şikayət var – VİDEO

Nə gecələri var, nə gündüzləri… Ekskovatorların səsi beton qarışdıran maşınların səsinə qarışır…Tikinti materaalları danışınır, qazıntı işləri aparılır, hündür mərtəbəli yaşayış kompleksinin tikintisi gecədən səhərədək davam edir…

Tezadlar.az xəbər verir ki, görüntülər Yasamal rayonu ” Nizami City” yaşayış kompleksindəndir.

Ərazidə yaşayan sakinlər səs-küydən təngə gəldiklərini deyirlər. Özünü yaşayış kompleksinin iş icraçısı kimi təqdim edən şəxs iddiaların həqiqətə uyğun olmadığını dedi. Müsahibə verməkdən imtina edən iş icraçısı Zaur Nəcəfov iri tonnajlı yük avtomobillərinin, eləcə də betonqarışdıran maşınların gündüz saatlarında paytaxta daxil olmasının qadağan edildiyini əsas gətirdi. O, qeyd edib ki, ayda 2-3 dəfə inşaata beton verilməlidir. Həmin günlər ola bilsin ki, beton gələn zaman işlər saat 23:00, 00:00, 01:00-a kimi getsin.

Yasamal Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məsələ diqqətdə saxlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

https://www.youtube.com/watch?v=u-AjHuaJPX0

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!