29 Avqust 2025 / 13:41

Qazaxıstanda yeniyetmələr arasında narkotik cinayətlərinə cəlb olunanların sayı artıb

Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə cəlb olunan yetkinlik yaşına çatmayanların sayının artdığı barədə məlumat yayıb.

Tezadlar.az  Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Qazaxıstan polisi ilin əvvəlindən narkotik cinayətləri ilə məşğul olan 49 yeniyetməni saxlayıb. Təkcə avqust ayı ərzində 6 hadisə, o cümlədən narkotikdən istifadə halı qeydə alınıb.

Belə ki, Qazaxıstanın Abay bölgəsində 16 yaşlı kollec tələbəsi və onun məktəb şagirdi olan 15 yaşlı dostu saxlanılıb. Məktəblinin üzərində şəxsi axtarış zamanı xüsusilə külli miqdarda sintetik narkotik vasitə götürülüb.

Tələbə qondarma “stasher” adlanan şəxs kimi çalışıb və narkotiki daha sonra paylamaq üçün məktəbli qızın çantasında gizlətməyə çalışıb.

Çimkənddə də müxtəlif vaxtlarda narkotik saxlamaqla məşğul olan iki nəfər 17 yaşlı yeniyetmə saxlanılıb.

Nazirlikdən bildirilib ki, belə hallar ciddi narahatlıq doğurur.

QR Daxili İşlər Nazirliyi valideynlərə, müəllimlərə və uşaqların tərbiyəsi ilə bağlı bütün məsul şəxslərə müraciət edərək, yeniyetmələrin davranışlarında baş verən dəyişikliklərə, kimlərlə ünsiyyətdə olduqlarına və harada vaxt keçirmələrinə nəzarət etməyi, mobil telefon və messencerlərdə şübhəli yazışmaların olub-olmadığını yoxlamağı, narkotik vasitələrdən istifadənin riskləri və fəsadları barədə uşaqlarla mütəmadi söhbətlərin aparılmasını xahiş edib.

Qurum xatırladıb ki, narkotik vasitələrin yayılmasına görə 5 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Qazaxıstan KİV-nin məlumatına görə, 2024-cü ildə Qazaxıstanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 azyaşlı saxlanılıb.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!