29 Avqust 2025 / 19:35

Türkiyədə maliyyə müşaviri silahlı hücum nəticəsində öldürüldü

Türkiyədə vəzifəli şəxs sui-qəsd nəticəsində öldürülüb.

Tezadlar.az yerli mediaya istinadla bildirir ki, hadisə Afyonkarahisar rayonunun Bolvadin qəsəbəsində baş verib.

Maliyyə müşaviri 65 yaşlı İsmet Çelik evdən çıxarkən naməlum avtomobillə gələn maskalı şəxs ona ardıcıl atəş açıb. Nəticədə ayaqlarından güllə yaraları alan müşavir xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə rəğmən onu xilas etmək mümkün olmayıb.

Digər tərəfdən məlum olub ki, İsmet Çelik 6 ay əvvəl də silahlı hücuma məruz qalıb. Lakin o zaman xəsarət almadan hücumdan qurtulub. Bu hadisə ilə bağlı isə o, polisə şikayət etməyib.

Hazırda araşdırma aparılır.

Məmur evinin önündə öldürüldü - SUİ-QƏSD

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!