Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Fənərbaxça” prezidentliyinə namizəd Sadettin Saran komandanın yeni baş məşqçi namizədini açıqlayıb.
Bu barədə Tezadlar.az Türkiyə mediasına istinadən məlumat verir.
Onun sözlərinə görə, İstanbul təmsilçisinin baş məşqçi vəzifəsinə əsas favorit portuqaliyalı mütəxəssis Serjio Konseysaodur.
O vurğulayıb ki, hazırkı şəraitdə klubun gələcəyi üçün ən doğru qərar məhz bu addımdır:
“Konseysao keçmiş baş məşqçimiz Mourinyoya nisbətən daha əlverişli şərtlərlə komandamıza qoşulmağa razıdır. Onun xarakteri və oyun üslubu “Fənərbaxça”nın hədəflərinə tam uyğundur. Bu seçim bizi daha böyük nailiyyətlərə aparacaq”.
Xatırladaq ki, 50 yaşlı mütəxəssis sonuncu dəfə İtaliyanın “Milan” klubuna rəhbərlik edib.