Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyədə futbol klubu prezidentinin sui-qəsd nəticəsində ölümü ilə bağlı 7 nəfər saxlanılıb.
Tezadlar.az yerli mediaya istinadla bildirir ki, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı E.H. ölkədən qaçmaq üçün getdiyi Ədirnə şəhərində saxlanılıb. Həmçinin ona ölkədən qaçmasına kömək edən 64 yaşlı G.K. da saxlanılaraq, istintaqa təhvil verilib.
Qeyd olunur ki, onlarla birgə ümumilikdə 7 nəfər qətl işi üzrə ələ keçirilib. Hadisənin keçmiş ədavət üstündə baş verdiyi bildirilir.
Xatırladaq ki, avqustun 27-də İstanbulun Çekmeköy qəsəbəsində “Alemdağ” futbol klubunun rəhbəri Tuncay Meriç restoranda yemək yeyərkən güllələnərək öldürülüb.