1 Sentyabr 2025 / 14:08

Türkiyədə üzgüçü Sveçnikovun axtarışları davam edir

Türkiyədə itkin düşən rusiyalı üzgüçü Nikolay Sveçnikovun axtarışları davam edir.

Tezadlar.az bildirir ki, bu barədə mətbuata Türkiyə Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“O, hələlik tapılmayıb. Axtarış əməliyyatları davam etdirilir”, – təşkilatdan bildirilib.

29 yaşlı Sveçnikov avqustun 24-də Bosfor boğazında keçirilən irimiqyaslı beynəlxalq üzgüçülük yarışının iştirakçılarından biri olub. Bu yarışda 81 ölkədən 3000-ə yaxın üzgüçü iştirak edib. Lakin rusiyalı finiş xəttinə gəlməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!