2 Sentyabr 2025 / 10:45

Muxtar Babayev xəbərdarlıq etdi: “Növbəti illərdə su problemi…”

“Növbəti illərdə su problemi çox təhlükəli hal ala bilər”. Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı “LCOY  Azərbaycan 2025″in bağlanış mərasimində deyib. M.Babayevin sözlərinə görə, növbəti illərdə təhsil sistemində suya qənaət, düzgün yığılması, paylanması, kənd təsərrüfatında istifadəsi kimi mövzular tədris olunmalıdır: “Təhsil sistemi ilə iqlim dəyişikliyi mövzusu bir-biri ilə sıx əlaqəlidir. Buna görə də sözügedən mövzular mütləq tədris olunmalıdır. Gözəl gələcək üçün gənclər mütləq iqlim dəyişmələri mövzusunda maariflənməlidir”.

Bəli, yer kürəsi bu dəfə insanları su ilə imtahana çəkir. Deməli, sudan qənaətlə istifadə labüddür, həyati əhəmiyyətlidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!