Əsas məzmuna keç

Gömrükçülərin gözündən 10 külçə qızıl yayınmadı- ARAŞDIRMA

Ötən gün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən tezadlar.az-a bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd “Pamp” markalı qızıl külçə aşkar edilib.

Hazırda araşdırma aparılır və qızıl külçənin mənşəyi öyrənilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…