Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Estoniya ABŞ-dən Ukrayna üçün silah alınmasında iştirak edəcək.
“Tezadlar” xəbər verir ki, bunu Baltik Respublikasının prezidenti Alar Karis NATO-nun baş katibi Mark Rutte ilə birgə konfransda deyib.
Söhbət Tallinnin NATO-ya üzv ölkələrin könüllü töhfələri hesabına sürətli silah tədarükünü nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (PURL) təşəbbüsündə iştirakından gedir.
Estoniya lideri bu təşəbbüsü möhtəşəm adlandırıb. Onun sözlərinə görə, Tallin bunu tam dəstəkləyir.