3 Sentyabr 2025 / 22:17

Sabah Bakının bir neçə küçəsində qaz təchizatı dayandırılacaq

Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar 04.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Bu barədə “Tezadlar”a “Azəriqaz” İB-dən bildirilib.

Təmir işləri aparılan müddətdə H.Əliyev prospektində, A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!