Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünyada olduqca pis bir tendensiya baş alıb gedir: bəzi kişilər özlərini qadın, bəzi qadınlar isə özünü kişi kimi aparır ə təəssüflər olsunş bunu əksər hallarda cərrahiyyə yolu ilə edirlər. Bu isə cəmiyyətdə nəinki birmənalı qarşılanmır, eləcə də çox pis qəbul olunur. Təsəvvür edin, doğum evindən evə gətirilən oğlan yetkinlik yaşına çatanda qadın paltarı geyinir, özünü qadın cildində görür və s.
XXX
Gürcüstanın baş naziri bu məsələ ilə bağlı sensasion bəyanatla çıxış edib. Baş nazir İrakli Kobaxidze cinsiyyət dəyişiklikləri və eyni cinsli nikahlarla bağlı ölkədəki mövcud qadağaların qüvvədə qalacağını bildirib. O, Avropa İttifaqı bürokratlarını “şantajda” ittiham edib və Gürcüstanın milli maraqlarını sonadək qoruyacaqlarını vurğulayıb. Tezadlar.az xəbər verir ki, baş nazir bu barədə jurnalistlərə açıqlamasında qeyd edib. O bildirib ki, heç kim Gürcüstanın Vətəndaş Reyestrində cinsiyyətini dəyişdirə bilməyəcək: “Heç kim – nə qadın kişi, nə də kişi qadın kimi qeydiyyatdan keçə bilməz. Bu, mənim açıq vədimdir.” Onun sözlərinə görə, Avropa qurumları Gürcüstandan eyni cinsli nikahı qadağan edən qanunun və cinsin dəyişdirilməsinə dair məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər. Kobaxidze bu tələbləri “biabırçılıq” adlandırıb: “Bizə deyirlər ki, əgər bu qanunları ləğv etməsək, imtiyazlar verilməyəcək. Əgər bu qanunlar əhəmiyyətsizdirsə, niyə onların ləğvini tələb edirlər? Məntiqlə yanaşsaq, bu, açıq-aşkar təzyiqdir,” – deyə o bildirib. Baş nazir qeyd edib ki, oxşar təzyiqlərə görə bəzi ölkələr – o cümlədən Macarıstan – Avropa İttifaqı tərəfindən maliyyə yardımlarından məhrum edilib. O, bu yanaşmanı “deep state” (dərin dövlət) və onun Avropa bürokratiyasına təsiri kimi dəyərləndirib. Kobaxidze həmçinin Avropa tərəfinin Gürcüstandan “Şəffaflıq haqqında qanun”u ləğv etməyi tələb etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qanunun məqsədi ölkədə sabitlik və şəffaflığın təmin olunmasıdır: “Bu qanun heç nəyi qadağan etmir. Sadəcə olaraq, xarici maliyyələşmə alan QHT-lərdən illik hesabat tələb edir. Əgər kimsə xarici güclərin maraqlarını müdafiə edirsə, buna şəffaf yanaşmaq məcburiyyətindədir.” Baş nazir Gürcüstan hökumətinin ölkənin milli maraqlarını qorumaqda qərarlı olduğunu bildirib və beynəlxalq təzyiqlərə baxmayaraq, mövcud qanunların dəyişdirilməyəcəyini vurğulayıb.
XXX
Təəssüflər olsun, Azərbaycanda efir gündəmində olan bir sıra kişi müğənnilər var ki, artıq hamı onları qadın kimi qəbul edir… Amma bir məqam diqqəti çəkir: qadınlar da var ki, sükan arxasında, istirahət yerlərində, bar və restoranlarda özlərini kişi kimi aparırlar- siqaret çəkir, avtoşluq edir, qəlyan çəkir, spirtli içkilər qəbul edirlər, hətta narkotikin aludəçisinə çevrilirlər…
A.Məmmədli