Sentyabrın 4-də Füzuli və Tovuz rayonlarında yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial media hesabında məlumat paylaşıb.
“Füzulidə: Babı kəndi ərazisində yanğın törədən 23 yaşlı Ələkbər Fərəməzov saxlanılıb. Hadisə nəticəsində 1 hektar əkin sahəsi yanıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət tədbiri görülüb.
Tovuzda: Qəribli kəndində ehtiyatsızlıqla ocaq qalayan 1982-ci il təvəllüdlü Mahir Əliyevin hərəkətləri 30 sot biçilmiş sahənin yanmasına səbəb olub. O da məsuliyyətə cəlb olunub.
Unutmayaq ki, diqqətsizlik və məsuliyyətsizlik bir neçə dəqiqəyə təbiəti, insanların zəhmətini və sağlamlığını məhv edə bilər”. – deyə o qeyd edib.