5 Sentyabr 2025 / 14:38

Yol polisi eşşəyə cərimə yazmaq istədi, amma…

 …Şərq ölkələrinin birində iki yol polisi şosse ilə irəliləyən eşşəyin belində yaşlı bir kəndlinin gəldiyini görürlər. Qərara gəlirlər ki, onunla məzələnsinlər. Polislərdən biri kişiyə əli ilə işarə edib ciddi şəkildə dillənir:
– Dayan! Dayı, sürücülük vəsiqən varmı?
– Yox, eşşəyə nə sürücülük vəsiqəsi?- deyə kişi polisin sualına sualla cavab verir.
– Yəqin xəbəriniz yoxdur, indi eşşək sürmək üçün də sürücülük vəsiqəsi tələb olunur.
Digər polis eşşəyin arxasına baxıb dillənir:
– Bunun heç nömrə nişanı da yoxdur.
– Eləmə oğlum, eşşəyin də nömrə nişanı olar?
– Bəli, olmalıdır. Yeni çıxan qanuna əsasən olmalıdır. Olmasa cəzası çox ağırdır. Bağışla dayı, biz sənə cərimə yazmalıyıq.
Kişi çarəsiz qalıb:
– Yaz oğlum, yaz, deyir
– Dayı, sənə yazsaq 10 manat, eşşəyə yazsaq isə 5 manat ödəməli olacaqsan. İndi özün seç, hansınıza yazaq?
Kişi bir az düşünüb:
– Mənə yazın,- deyir.
– Axı niyə eşşəyə yazmayaq, arada 5 manat qazancın olar.
– Yox e, sizdən xahiş edirəm mənə yazın, qoy çox olsun. Əgər eşşək sürməyə də sürücülük vəsiqəsi tələb edirlərsə, deməli dövlət büdcəsinin pula ehtiyacı var…
Təqdim etdi: Elman Eldaroğlu
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!