Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Törətdiyi qətl hadisəsinə götə hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı video-müraciət yayımlayıb.
Tezadlar.az xəbər verir ki, Yusif atasının və ailəsinin adından müraciət edib.
O bildirib ki, son günlər bəzi portallar Rəşad Dağlının köhnə fotolarını sosial şəbəkədə paylaşırlar. Bu isə həm meyxanaçını, həm də ailəsini narahat edir. O vurğulayıb ki, həmin sosial şəbəkələrdə fəallıq göstərən saytlar 6 aydan bir atasının şəkillərini paylaşmaqla reklam və pul qazanırlar:
“Son günlər atamın köhnə şəkillərini paylaşırlar. 2-3 il əvvəlin şəkilləridir. Bu, ailəmizə və atama narahatçılıq yaradır. Silən hər kəsə təşəkkür edirik”.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.