6 Sentyabr 2025 / 20:43

Bu dünyadan Lüfi Zadə keçdi – dünya şöhrətli alimin vəfatından 8 il ötür

Bu gün dünya şöhrətli  azərbaycanlı alim,  Kaliforniya Berkli Universitetinin professoru, qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı  Lütfəli Rəhim oğlu Ələsgərzadənin (Lütfi Zadə) vəfatından 8 il ötür.

Tezadlar.az xəbər verir ki,  Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. İranda dostları və qohumları vasitəsilə külli-miqdarda kibrit alaraq onu Bakıya gətirib və kibrit satışını təşkil etməklə özünə yaxşı güzəran düzəldib. İşgüzar fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Bakıda gələcək həyat yoldaşı Fanya ilə tanış olub və valideynlərinin razılığı ilə onunla ailə qurub.

O, 1940-1950-ci illərdə Massaçusets Texnologiya İnstitutunda magistr dərəcəsi və ABŞ-ın Kolumbiya Universitetində doktorluq dərəcəsi almışdır. 1959-cu ildə Lütfi Zadə Berkli Universitetində (Kaliforniya) ömürlük professor seçildi. Alim NASA və NATO-da aparıcı ekspert olub, bir sıra digər elmi vəzifələrdə çalışıb.

Lütfi Zadənin böyük alim kimi qəbul olunması onun fundamental nəzəriyyələri ilə bağlıdır. Saysız-hesabsız  çox böyük şirkətlər onun sayəsində mühüm texnoloji inkişaflar yaratmışlar.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerli vaxt ilə səhər saat 7:30-da 97 yaşında dünyasını dəyişib. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etmişdir. O, Bakıda birinci Fəxri Xiyabanda dəfn edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!