Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda 247 saylı məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.
“Tezadlar”un məlumatına görə “FIFA Arena” layihəsi çərçivəsində baş tutan tədbirdə AFFA prezidenti Rövşən Nəcəf, Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andrey Şevçenko, FIFA rəsmiləri və tanınmış futbol adamları iştirak ediblər.
Tədbir zamanı görülən işlərlə bağlı məlumat verilib. Meydançanın hazırlanması barədə video süjet nümayiş etdirilib.
Açılışdan sonra uşaqlar öz bacarıqlarını meydançada nümayiş etdiriblər.