Əsas məzmuna keç

Bakıda faciəvi qəza: qadın minik maşınının altında qaldı

Bu gün paytaxtın Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib.

“Tezadlar” xəbər verir ki, Abbas Mirzə Şərifzadə küçəsində – metronun “İnşaatçılar” stansiyasının qarşısında “VAZ” markalı minik avtomobili yolu keçməyə çalışan qadını vurub.

Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

Əraziyə polis əməkdaşları cəlb edilib, təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, hadisənin yeraltı keçidin yaxınlığında baş verdiyi bildirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…