Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna ilə müharibənin bu mərhələsində Zelenski sensasion bəyanatla çıxış edib. “Putin ilin sonuna qədər Donbası almaq istəyir, bu, Rusiyaya iki və ya üç milyon insanın həyatına başa gələcək…”, -deyən Zelenski “ABC News”-a müsahibəsində onu da bildirib ki, “O (Putin), amerikalılara, Ağ Evə və Prezident Trampın nümayəndəsi Uitkoffa Donbası ilin sonuna qədər maksimum iki-üç ayda alacağını söyləyib…”.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xatırladır ki, bununla belə, Zelenski ona bu informasiyanı kimin verdiyini açıqlamayıb. Amma israrla bildirib ki, fakt belədir: “Putin belə də deyib…”.
A.Məmmədli