9 Sentyabr 2025 / 19:11

Ötən il 19 mindən çox satınalma keçirildi – yarısı bir mənbədən

Ötən il Azərbaycan üzrə 19 602 satınalma proseduru baş tutub ki, bu da 2023-cü illə müqayisədə 57 % çoxdur. 

“Tezadlar” bu barədə Hesablama Palatasının bülleteninə istinadən xəbər verir.

Məlumata görə, bunun da 49,9 %-i və ya 9 781-i bir mənbədən, 50,1 %-i və ya 9 821-i isə müsabiqə əsaslı həyata keçirilib.

Hesabat dövründə satınalmaların ümumi məbləği isə 9 milyard 845 milyon manat təşkil edib ki, bu da müvafiq olaraq 30,5 % çoxdur. Satınalmaların ümumi məbləğinə görə bölgüsü isə 5 milyard 355 milyon manatı və ya 54,4 %-i bir mənbədən, 4 milyard 490 milyon manatı və ya 45,6 %-i isə müsabiqə əsaslı olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!