9 Sentyabr 2025 / 20:43

Orta Dəhliz üzrə ABŞ Ticarət Missiyası Bakıda gömrük əməkdaşlığı mövzularını gündəmə gətirdi

Azərbaycan və ABŞ gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

“Tezadlar” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, müzakirələr Azərbaycanda səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyası ilə Dövlət Gömrük Komitəsinin nümayəndələri arasında keçirilən görüşdə aparılıb.

Görüşdə Orta Dəhlizi boyu gömrük prosedurlarının rəqəmsal həllər əsasında sadələşdirilməsi layihəsi, dəhlizin cəlbediciliyinin artırılmasına töhfə vermək məqsədilə region ölkələrinin gömrük xidmətləri ilə qurulan işgüzar əlaqələr barədə məlumat verilib.

Məlumata əsasən, missiyanın məqsədi ABŞ-nın özəl sektor nümayəndələrinin Orta Dəhliz ölkələrində ticarət, enerji, infrastruktur və logistika sahələrində mövcud imkanlarla tanış olması, müvafiq sahələrdə əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi və əlaqələrin qurulmasıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!