Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağdamın Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə ailəsinə xəbər verib. Tezadlar.az DİN-ə istinadla xəbər verir ki, zərərçəkən qızın ailəsi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. DİN Mətbuat Xidmətinin regional qrupundan verilən məlumatda bildirilib ki, Ağdam rayonunda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub. Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.