Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən il ölkədə avtomobil sayı 83 min 308 ədəd artıb. Bu isə Azərbaycanda elə eyni qədər sürücü sayının artması deməkdir…
***
2024-cü ilin sonunda Azərbaycanda minik avtomobillərinin ümumi sayı 1 milyon 585 min 265 ədədə çatıb ki, bu da əvvəlki illə müqayisədə 83 min 308 ədəd və ya 5,5% artım deməkdir.
TEZADLAR.AZ bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Rəqəmlər avtomobil parkında həm cavanlaşma, həm də qocalma tendensiyası eyni anda davam etdiyini göstərir. Ən kəskin artım yaşı 5 ilə qədər olan ən yeni avtomobillərin sayında qeydə alınıb. Belə ki, bu avtomobillərin sayı il ərzində 19,999 ədəd (24,4%) artaraq 81,809-dan 101,808-ə yüksəlib.
Bununla yanaşı, ölkənin avtomobil parkının əsas hissəsini təşkil edən köhnə avtomobillərin sayı da artmaqda davam edir. Yaşı 20 ildən yuxarı olan avtomobillər 37 min 90 ədəd (5,6%) artaraq 701 min 242-yə çatıb və bu, ən böyük say olaraq qalır. Eyni zamanda, yaşı 10 ildən 20 ilədək olan avtomobillərin sayı da 636 min 821-ə bərabər olub ki, bu da illik 33,309 ədəd (5,5%) çoxdur.
Maraqlı məqam isə yaşı 5 ildən 10 ilə qədər olan avtomobillərin sayında azalmanın qeydə alınmasıdır. Bu kateqoriyadakı avtomobillərin sayı il ərzində 7,090 ədəd (4,6%) azalaraq 152 min 484-dən 145 min 394-ə enib (fed.az).