10 Sentyabr 2025 / 14:22

Deputat MM-in iclasında anasının doğum gününü təbrik edib

Qazaxıstan parlamentinin deputatı Ardək Nəzərov iclas zamanı anasını təbrik etməyi də unutmayıb.

Şübhəsiz ki, bu təsirli məqam deputat Nəzərova parlament sorğusunu səsləndirmək üçün Milli Məclisin vitse-spikeri Daniya Espayeva tərəfindən söz verildikdən sonra baş verib.

TEZADLAR.AZ     xəbər verir ki, bu barədə kazpravda.kz məlumat yayıb

“Bu gün anamın ad günüdür – anamı təbrik etmək istərdim. Təbrik edirəm, ana! Siz çox mehriban qadınsınız!Arzu edirəm ki, atamla birlikdə nəvələriniz və övladlarınızlə həmişə xoşbəxt olasınız”, – deyə deputat Nəzərov bildirib.

Daha sonra o, ordunun problemləri ilə bağlı deputat sorğusunu səsləndirib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!