11 Sentyabr 2025 / 08:31

33 ildən sonra Xocavəndin Sos kəndinə ilk köç karvanı yola salındı

Bu gün Qarabağa daha bir tarixi köçümüz baş tutdu. Tezadlar.az xatırladır ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Belə ki, ki, bu mərhələdə Xocavəndin Sos kəndinə 10 ailə – 45 nəfər yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Yurda qayıdışımız əbədi olsun!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!