Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Bu tarixi hadisə 1945-ci ildə olmuşdur. Yaponiyanın yarım milyonluq əhalisi olan Xerosima şəhərində Sadako Sasaki adlı balaca qız yaşayırdı. Onun iki yaşı olanda bəşəriyyət tarixində ilk dəfə olaraq Xerosima şəhərində Amerika tərəfindən nüvə bombası atıldı. Şəhərin böyük hissəsi dağıldı və yandırıldı. Bu vaxt Sadako bombanın düşdüyü yerdən iki mil aralıqda idi. Sadako hər hansı bir zədə almadı. Bombanın partlamasından bir neçə həftə keçirdi. Sonra Xerosimada həkimlərə məlum olmayan xəstəlikdən insanlar ölməyə başladı. Sağlam olan insanlar qəflətən səhhətcə zəifləyir, xəstələnir və ölürdülər. İnsanlar bilmirdilər ki, nə etsinlər.
On iki yaşı olanda Sadako yeddinci sinifdə oxuyurdu. Sadako xoşbəxt qız idi. Başqa uşaqlar kimi oynayırdı və oxuyurdu. Bombanın partlamasından on il keçmişdi. Sadako başqa işlər haqqında düşünürdü, ən çox qaçmağı sevirdi. Bir dəfə mühüm yarışda öz komanda yoldaşlarına estafetə qaçışında kömək edəndə güclü yorğunluq və baş gicəllənməsi oldu. Ancaq bu tezliklə keçdi. Sadako düşünürdü ki, bu hadisə qaçışdan, yorğunluqdan olubdur. Bir neçə həftədən sonra çalışırdı ki, olan hadisəni yaddan çıxartsın, ancaq baş hərlənməsi təkrarlanırdı. Sadako bu haqda heç kimə, hətta daha yaxşı rəfiqəsi Çizikoyaya da deməmiş idi. Hər dəfə səhər tezdən güclü ağrı baş verdi, hamının gözünün qabağında yıxıldı və bir müddət qalxa bilmədi. Sadakonu Qırmızı Xaç Cəmiyyətinə məxsus olan xəstəxanaya apardılar. Yoxlamadan sonra məlum oldu ki, Sadakonun qanında xərçəng xəstəliyi vardır. Heç kəs buna inanmaq istəmirdi.
O vaxtlar Sadakonun çoxsaylı həmyaşıdları bu xəstəlikdən əziyyət çəkirdilər. Xalq arasında bu xəstəliyə “atom xəstəliyi” deyirdilər. Demək olar ki, bu xəstəliyə tutulanların hamısı ölürdü. Sadako üçün bu son dərəcə qorxulu idi. Çünki Sadako ölmək istəmirdi. Xəstəliyə düşdükdən sonra rəfiqəsi Siziko Sadakonu yoxlamağa gəldi. O özü ilə xüsusi kağız gətirmişdi və ondan durna düzəltdi və bir əfsanə danışdı. Yaponiyada dunalar müqəddəs quş sayılır. Onlar min il yaşayırlar. Əgər xəstə insan bu kağızdan min ədəd durna düzəltsə, sağalacaqdır. Sadako qərara gəldi ki, xəstə olduğu üçün min ədəd durna düzəltsin. Sadako tez-tez yorulurdu. Sadako min ədəd durna düzəltdi, ancaq sağalmadı. Ümidini itirmədi və təslim olmayıb yeni durnalar düzəldirdi. Onların sayı mindən çox idi. Hamı onun cəsarətinə və sarsılmaz hərəkətinə heyran idilər.
***
25 oktyabr 1955-ci ildə kiçik qız Sadako yavaş-yavaş yuxuya getdi və sevimli ailələrinin əhatəsində gözlərini yumub həyatla vidalaşdı. Sadakonun ölümü ilə tarixi hadisə qurtarmadı. Onun onu sevən çox saylı dostları var idi. O isə artıq onların arasında yox idi.
Xerosimada qan xərçəngindən başqa uşaqlar da ölürdü. Sadakonun dostları istəyirdilər ki, onun xatirəsi üçün nəsə etsinlər. 39 nəfər sinif yoldaşları klub yaratdılar və onun abidəsinin yaradılmasına pul yığmağa başladılar. Tezliklə bu hadisə hər yerə yayıldı. Yaponiyanın 3100 məktəbinin şagirdləri tərəfindən və doqquz əcnəbi ölkədən lazım olan qədər pul yığıldı. Sadakonun heykəli Xerosimanın mərkəzində, atom bombasının partladığı yerdə quraşdırıldı.
Məktəblilərin bu hərəkəti o qədər məlum və başa düşülən oldu ki, min kağız durnaları haqqında Yaponiyadan olan 60 nəfərin iştirak etdiyi kino çəkildi. Kinonun çəkilişindən sonra “Kağız durnaları” adlı klub yaradıldı. Klubun məqsədi uşaqlarla birlikdə sülh uğurunda mübarizə aparmaqdır. O klub səksən ildir ki, mövcuddur. Uşaqlar Sadakonun heykəlinə qulluq edirlər. Xerosimada atom bombasının partlamasından salamat qalan qocalara və xəstələrə lazımi kömək edirlər. Gənclər kağız durnalarını hazırlayırlar. O, müxtəlif məqsədlər üçün lazımdır. Sülh parkında Sadakonun heykəlinə və başqa heykəllərə asırlar, onu hökumət başçılarına göndərirlər. Yüksək rütbəli qonaqları durna çələngi ilə qarşılayırlar. Atom bombasından sağ qalanları və sülh uğurunda mübarizə aparanları hörmətlə yad edirlər.
Dünyanın bütün uşaqları Xeosima hadisəsini yada salırlar. “Kağız durnası” adını daşıyan klubdan bəyan edirlər ki, bu dünyada həmişə sülh olsun, bu, bizim planımız və duamızdır.
Bu məqalə “Kuryer” jurnalından tərcümə edilmişdir.
İsa oğlu Məhəmməd Qarakilsəli
(Xüsusi olaraq “Təzadlar” üçün)