Əsas məzmuna keç

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək

İyunun 2-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə, ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq, Bakı Enerji Həftəsi çərçivəsində ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək.

Bu barədə “Tezadlar.az“a Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, tədbirin məqsədi regional bağlantılar, ticarət, sənaye, tranzit, enerji təhlükəsizliyi, investisiya, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsidir.

Dialoq çərçivəsində ABŞ və Azərbaycan biznes icmalarının iştirakı ilə xüsusi sessiya təşkil olunacaq. Sessiya zamanı bir sıra əməkdaşlıq sənədlərinin və kommersiya müqavilələrinin imzalanması nəzərdə tutulur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…