11 Sentyabr 2025 / 11:25

Polis əməkdaşları bir gündə 65 cinayətin üstünü açıb – asayişin 10 sentyabr hesabatı

Sentabrın 10- da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Tezadlar.az  xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!